Lənkəranda PARTLAYIŞ: 10 yaşlı uşaq…

Lənkəranda PARTLAYIŞ: 10 yaşlı uşaq…

Lənkəranda naməlum əşyanın partlaması nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.

İlkin məlumata görə, Şəhriyar Məhərrəmzadə naməlum əşya ilə oynayan zaman partlayış baş verib. Nəticədə sol ayağından xəsarət alan uşaq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − eight =