İran nüvə sazişinə görə ballistik raketlər və süni peyk proqramını dayandırmayacağını bildirib
“Milli və iqtisadi təhlükəsizliyimizi təmin etmək üçün ballistik raketlər və peyk daşıyıcıları ilə bağlı fəaliyyətimizi davam etdirəcəyik.”
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəsi Məcid Təxt-Rəvançi son çıxışında deyib.
İran rəsmisi ballistik raketlər və peyk daşıyıcılarının sınaqları sahəsində fəaliyyətin davam etdiriləcəyini bildirib.
“Təhdidlərin davam etdirilməsi, yanlış məlumatların yayılması, İranda təxribat və terror aktlarının həyata keçirilməsi heç bir məqsədə xidmət etmir. Təhlükəsizlik və iqtisadi maraqlarımıza nail olmaq üçün zəruri hesab etdiyimiz ballistik raketlər və peyk daşıyan raketlərin sınaqları sahəsində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Məcid Təxt Rəvançi əlavə edib.
Qeyd edək ki, bir sıra dövlətlər İranın ballistik raketlər proqramı və Yaxın Şərq siyasəti məsələsini də nüvə sazişi danışıqlarına daxil edilməsini tələb edirlər.
salamnews.org