ABŞ və Rusiya “təhlükəsizlik zəmanəti” və “Ukrayna işi” ilə bağlı Moskvada danışıqlara başlayıblar

ABŞ və Rusiya “təhlükəsizlik zəmanəti” və “Ukrayna işi” ilə bağlı Moskvada danışıqlara başlayıblar

ABŞ və Rusiya XİN rəhbərlərinin müavinləri müstəvəsində danışıqlar aparırlar.

SalamNews RT-ə istinadla xəbər verir ki, ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid bu gün Moskvada XİN-in binasında Rusiya rəsmisi Sergey Ryabkovla görüşüb.

Məlumata görə tərəflər bu danışıqları, Rusiyanın istədiyi “təhlükəsizlik zəmanətləri və “Ukrayna işi” ilə bağlı dialoq çərçivəsində başladıblar.

Görüşdə ABŞ-ın Moskvadakı səfiri Con Sallivan da iştirak edib.

Rusiya xarici işlər nazirinin müavini RİA Novosti-yə müsahibəsində ABŞ-ın Moskvanın özünün təhlükəsizlik zəmanəti tələbinə əməldə maraq göstərəcəyinə ümid etdiyini bildirib.

O, əlavə edib ki, Donfridlə görüşləri zamanı “təhlükəsizlik zəmanəti” ilə bağlı Moskvanın istəklərinin məntiqli olmasını qarşı tərəfə çatdıracaq.

Salamnews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 16 =