NASA-nın Parker zondu Günəş atmosferinə daxil olub-Video

NASA-nın Parker zondu Günəş atmosferinə daxil olub-Video

ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA)​ Parker zondu Günəş atmosferinə daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NASA məlumat verib.

“Parker Günəş Zondunun Günəş asmosferinə daxil olması kosmosun tədqiqatı sahəsində çox böyük nəaliyyətdir”, – NASA-nın elmi işlər üzrə üzrə direktor müavini Tomas Zurbuxen bildirib.

Alimlər Parker kosmik gəmisi vasitəsilə Günəş tacındakı maqnit sahəsini və plazma nümunələrini ölçməyə çalışırlar. Orada isə temperatur təxminən 500.000 dərəcə selsi, hətta daha da yüksək ola bilər.

Zond tərəfindən toplanan məlumatlar Günəş tacının temperaturuna təsir edən amilləri öyrənmək və həmçinin kosmosda radiasiya vəziyyətini proqnozlaşdırmaq üçün böyük elmi əhəmiyyət kəsb edəcəkdir. Bu, eyni zamanda pilotlu uçuşların hazırlanması üçün də vacibdir.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilov kosmik zondun Günəş atmosferinə daxil olmasının nə kimi elmi yeniliklərə yol açacağı ilə bağlı şərh verib.

“Parker Zondunun ilk dəfə Günəşə bu qədər yaxınlaşaraq onun tacındakı fiziki şəraiti öyrənməsi astrofizikanın klassik problemi olan tacın qızması səbəblərinin və Günəş küləyinin generasiya mexanizminin aydınlaşdırılmasına imkan verəcək”, – Alim bu məsələnin əhəmiyyətini vurğulayıb.

Namiq Cəlilov qeyd edib ki, Günəş küləyi Yerin eko, bio və texno-sistemlərinə təsir edən əsas amil olduğundan, bu məsələnin həlli proqnozlaşdırma üçün çox vacibdir.

Qeyd edək ki, ilk dəfə 2018-ci ildə Günəş missiyası üçün kosmosa göndərilən Parker Solar kosmik aparatı aprel ayında Günəşin səthinə rekord məsafədə yaxınlaşarkən (10,4 milyon km) onun sürəti 532 km/saat-dək yüksəlmişdi ki, bu da indiyədək kosmik gəmilərdə qeydə alınan ən yüksək sürətdir.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − two =