Stoltenberq: “Ukrayna ilə bağlı ən pis ssenariyə hazır olmalıyıq”

Stoltenberq: “Ukrayna ilə bağlı ən pis ssenariyə hazır olmalıyıq”

“Ukrayna ilə bağlı ən pis ssenariyə də hazır olmalıyıq.”

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Bolqarıstan Baş naziri Kiril Petkovla keçirdiyi mətbuat konfransında deyib.

“Biz indi Rusiyanın Ukrayna ətrafında böyük miqyasda və hazırda da davam edən hərbi qüvvələrinin toplanmasını görürük. Silahlı birliklər, artilleriya, döyüş tankları, elektronik sistemlər, dronlar və döyüşə hazır, sayı on minlərlə olan canlı qüvvə… Əlbəttə ki, bu hərbi qüvvələrin toplanma niyyəti ilə bağlı dəqiq açıqlama yoxdur. Lakin bizim bildiyimiz odur ki, Rusiya artıq daha əvvəl Ukraynaya qarşı hərbi gücdən istifadə edib. Təbii ki, biz ən yaxşı şeylərə ümid edə bilərik və ümid etməliyik, lakin ən pis ssenariyə də hazırlaşmalıyıq. Biz günbəgün Rusiya tərəfindən daha aqressiv ritorika görürük. Rusiya “qırmızı xətlər” barədə danışır, mesajlar çatdırır və bu da NATO müttəfiqlərini narahat edir”, – deyə Yens Stoltenberq bildirib.

NATO Baş katibi deyib ki, hərbi blok Rusiyanın fəaliyyətini çox yaxından izləyir: “Ukrayna ətrafında Rusiyaya məxsus hərbi qüvvələrin fəaliyyətini izləmək üçün kəşfiyyat imkanlarımızı daha da gücləndirmişik. NATO müttəfiqləri öz aralarında kəşfiyyat məlumatlarını paylaşır və Ukraynanı dəstəkləməyə davam edir. Bu dəstək təlimlər çərçivəsində, hərbi texnika və ləvazimatların təminatı şəkilində davam edir”.

Cənab Stoltenberq deyib ki, hazırda hər hansı NATO müttəfiqinə qarşı təhdid yoxdur, lakin artan gərginlik narahatlıq doğurur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =