Neft bazarı yaxın bir ildə yüksək volatillikdən qorunmuş olacaq – LUKOIL

Neft bazarı yaxın bir ildə yüksək volatillikdən qorunmuş olacaq – LUKOIL

Hasilatı birgə tənzimləyən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri arasında əldə olunan razılaşma sayəsində yaxın bir il ərzində qlobal neft bazarı yüksək volatillikdən qorunmuş olacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Lukoil” şirkətinin vitse-prezidenti Leonid Fedun dünya energetikasının 2050-ci ilə qədər inkişaf perspektivlərinin təqdimatında deyib.

“Bu gün “OPEC+” tarazlığı təmin edən bir alətdir. Bununla belə, dünya ehtiyat qıtlığı təhlükəsi ilə üz-üzədir. Beş ildən sonra bir sıra şirkətin səhmdarlarının təzyiqi altında kəşfiyyatı dayandırması səbəbindən ilk dəfə olaraq ehtiyatların bərpasının baş verməyəcəyini görəcəyik”, – L. Fedun qeyd edib.

O xatırladıb ki, hazır dünyada gündə təxminən 5-7 mln. barel neft ehtiyatları dondurulmuş vəziyyətdədir (ilk növbədə, sanksiyalar altında olan İrana məxsus – red.).

“”OPEC+” olmasaydı, dünya qaz nümunəsində gördüyümüz kimi kəskin volatilliy vəziyyətində olardı. Ona görə də mən neftin qiymətinin həm istehlakçılar, həm də istehsalçılar üçün komfortlu olan diapazonda olacağını gözləyirəm. Bu da, barel üçün təxminən 60-80 ABŞ dollarıdır. Qısamüddətli dalğalanmalar mümkündür, lakin ümumilikdə bu rəqəm gələn ildə də qorunub saxlanılacaq”, – deyə L. Fedun vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 10 =