ABŞ-da Rusiyaya casusluğa cəhd ittihamı ilə saxlanıldı

ABŞ-da Rusiyaya casusluğa cəhd ittihamı ilə saxlanıldı

Əvvəllər Pentaqonla müqavilə əsasında işləyən amerikalı Rusiyaya casusluq cəhdi ittihamı ilə ABŞ-da saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, 63 yaşlı Con Rov Cənubi Dakotada saxlanılıb.

O, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məxfi məlumatları xarici hökumətə ötürməkdə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + two =