Suriyanın Əl-Həsəkə şəhərində iki kəndin sakinləri ABŞ hərbi konvoyu ilə toqquşub
Əl-Həsəkə əyalətindəki yerli mənbələr Tel-Əzzəhəb və Əs-Salehiyyə kəndlərinin sakinlərinin Amerika zirehli maşınlarının keçməsinə icazə vermədiklərini və konvoyları geri çəkilməyə məcbur etdiklərini bildiriblər.
Suriyanın şimal-şərqindəki Əl-Həsəkə əyalətində iki kəndin sakinləri ABŞ-ın hərbi varlığına etiraz olaraq ABŞ karvanlarının yolunu bağlayıblar. Qamışlı şəhərində yaşayan sakinlər Suriyanın rəsmi xəbər agentliyinə (SANA) bildiriblər ki, Əl-Həsəkənin şimalındakı Tel-Əzzəhəb kəndinin sakinləri Amerika karvanının qarşısında dayanıblar. Bu karvan zirehli maşınlardan ibarət olub.
Mənbələr bildirir ki, Tel-Əzzəhəb sakinləri Amerika karvanının kənddən keçməsinə icazə verməyib və onunla qarşılaşaraq geri çəkilməyə məcbur ediblər. Yerli mənbələr həmçinin bildiriblər ki, Əs-Salehiyyə kəndinin sakinləri ABŞ-a məxsus daha bir konvoyun keçməsinə mane olublar. Karvan beş zirehli maşından ibarət olub.
Bu mənbələrə görə, karvan həm də kəndi keçərək Qamışlı şəhərinə getmək niyyətində olub, lakin sakinlərin müqaviməti ilə üzləşincə geri çəkilib.
Şərqi Suriya xalqının bu hərəkəti Amerikanın təcavüzünə və bu bölgənin sərvətlərinin onlar tərəfindən talanmasına cavabdır. Birləşmiş Ştatlar ona bağlı kürd silahlı birləşmələrinin köməyi ilə Suriyanın şərqində və şimal-şərqində neft ehtiyatlarını talayır. Suriya hökuməti amerikalıların işğalçı olduğunu və bu məsələyə son qoyacaqlarını dəfələrlə bəyan edib.