Sionist rejim Suriyanın işğal olunmuş Qolan bölgəsində Tramp şəhərciyinin tikintisinə razılıq verib

Sionist rejim Suriyanın işğal olunmuş Qolan bölgəsində Tramp şəhərciyinin tikintisinə razılıq verib

İsrailin Daxili İşlər naziri Suriyanın işğal olunmuş Qolan təpələrində ABŞ-ın keçmiş Prezidenti Donald Trampın adını daşıyan yeni şəhərciyin salınması planı ilə razılaşıb.

İsrailin daxili işlər naziri Alit Şakid Suriyanın işğal olunmuş Qolan bölgəsində Tramp adlı yeni şəhərciyin baş planını imzalayıb.

Sionist media xəbər verir ki, Şakid həm də Daxili İşlər Nazirliyi və Əl-Cəlil Ali Planlaşdırma Komitəsinin tövsiyəsi ilə yeni şəhərin bələdiyyəsi kimi fəaliyyət göstərəcək bir komitənin yaradılmasına razılıq verib.

 “Rəy əl-Yəvm” qəzetinin məlumatına görə, komitənin digər vəzifəsi yeni şəhərciyin sərhədlərini müəyyən etməkdir. Şakid həmçinin Giwat Eiden şəhəri üçün başqa bir komitə yaratmağa razılıq verdi.

Keçən həftə sionist “Haaretz” qəzeti yazıb ki, sionist rejimin Nazirlər Kabineti Əsif və Mətar adlı iki yaşayış məntəqəsi tikmək planları ilə işğal olunmuş Colan təpələrində tikinti layihələrini irəli sürmək üçün geniş səlahiyyətlərə malik xüsusi planlaşdırma komitəsinin yaradılması üzərində işlərə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =