II Nikolayın bacısının paltarından 1903-cü ilin konfeti tapıldı

II Nikolayın bacısının paltarından 1903-cü ilin konfeti tapıldı

Rusiyanın son imperatoru II Nikolayın bacısı Kseniya Aleksandrovnanın paltarında XX əsrin əvvəllərinə məxsus konfet tapılıb. 

Lent.az-ın məlumatına görə, bu barədə Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajının əməkdaşı İnstaqramda məlumat verib. O bildirib ki, 1903-cü ilə aid olan konfeti ali kateqoriyalı rəssam-bərpaçı Qalina Federova paltarın qoluna tikilmiş hissədə tapıb:

“Tikiş hissəsi bərk deyildi. Sapı çəkdim və ovcumun içinə çəhrayı, yastı formalı bir şey düşdü. Dadına baxdım, şirin idi. Məlum oldu ki, bu, Knyaginyanın konfetdən hazırlanan dodaq boyasıdır”.

Hazırda konfet paltarın yanında bir qutuda saxlanılır. O, ekspozisiyanın bir hissəsi olacaq.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =