Rusiya Belarus səmasına iki nüvə bombardmançısı qaldırıb

Rusiya Belarus səmasına iki nüvə bombardmançısı qaldırıb

Rusiya Müdafiə Nazirliyi bu gün “iki ölkə arasında sıx müdafiə əlaqələrini vurğulamaq üçün” Belarus üzərində iki nüvə bombardmançı təyyarəsi uçurduğunu açıqlayıb.

Euronews xəbər verir ki, Rusiya şənbə günü Belarus üzərində dörd saatlıq missiya çərçivəsində iki nüvə bombardmançı təyyarəsini uçurdub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iki bombardmançı təyyarənin patrul missiyasının məqsədi “iki ölkə arasında müdafiə sahəsində sıx əlaqəni vurğulamaqdır.”

Nazirliyin məlumatına görə, iki Tupolev T-22M3 qırıcısı dörd saatlıq uçuş zamanı “Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə ilə birgə missiyalar” həyata keçirib.

Euronews-un məlumatına görə, missiya zamanı Rusiya bombardmançılarını Belarusun Suxo-30 qırıcıları müşayiət edib. Belarus Rusiyadan “Suxo-30” qırıcıları alıb.

Bugünkü missiya ötən aydan bəri Rusiya və Belarus qoşunlarının üçüncü birgə əməliyyatıdır.

Qaçqın böhranı bəhanəsi ilə son həftələr Qərb ölkələri, xüsusilə də Avropa ölkələri ilə Belarus arasında gərginlik artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =