KİV: ABŞ-ı vətəndaş müharibəsi gözləyir

KİV: ABŞ-ı vətəndaş müharibəsi gözləyir

2024-cü ildə baş tutacaq prezident seçkiləri qarşıdurmalar, hətta hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhdə səbəb  ola bilər.

SalamNews İz.ru-ya istinadən  xəbər verir ki, bu barədə istefada olan ABŞ general-mayorları Pol İton, Antonio Taquba və briqada generalı Stiven Anderson deyib.

ABŞ ordusunda artıq xaos əlamətləri özünü göstərir.Onların bu fikirləri “The Washington Post”da yayımlanan  məqaləsində qeyd edilib. Generallar eyni zamanda 6 yanvar 2021-ci il hadisələrində veteranlar və hərbçilərin iştirakına da diqqəti çəkiblər. Qeyd olunub ki, hər təqsirləndirilən onuncu şəxsin orduyla bağlılığı olub.

Bura istefada olan 124 zabitin Trampı dəstəklədiyi, seçkilərin saxtalaşdırıldığı və buna görə də ləğvini tələb edən məktubu da əlavə etmək olar. Belə faktlar çoxdur.

Məqalədə deyilir ki,bəzi  yüksək rütbəli hərbi qulluqçular Co Baydenin əmrlərinin icrasından imtina edə bilər. Belə bir ssenari isə vətəndaş müharibəsinə gətirib çıxara bilər ki, Vaşinqtonu düşmənləri isə öz növbəsində bundan istifadə edərək, ölkəyə hücum edə bilər.

Generallar belə acınacaqlı halların qarşısını almaq üçün dərhal konkret addımlar atmağa çağırır.

Həmin mühüm addımlar isə komandanlığın strukturunun gücləndirilməsi, potensial üsyançıların vaxtaşırı olaraq üzə çıxarılması və təmizlənməsidir.

Hətta Pentaqona hökumətin potensial rəqiblərinin zəif nöqtələrini müəyyən etmək üçün seçkilərdən sonra “saxta dövlət çevrilişi “etməkdə” təklif olunub.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 11 =