Rusiyada qəza baş verən kömür şaxtasından təxliyə başa çatıb

Rusiyada qəza baş verən kömür şaxtasından təxliyə başa çatıb

Rusiya Federasiyasının Kemerovo vilayətindəki şaxtada qalan 128 nəfər Yer üzərinə çıxarılıb.

Qəza vəziyyətinin yaranması nəticəsində ölən olmayıb.

İlkin məlumata görə, şaxtada kömür laylarının qızması baş verib.

Həyəcan siqnalı işə düşdüyü üçün xilasetmə əməliyyatı başlayıb.

Rusiyada Kemerovo vilayətinin Leninsk-Kuznetski şəhərində A.D.Ruban adına kömür mədənində şaxtaçılar təxliyə edilir.

Buna səbəb baş verən yanğındır.

Qeyd olunub ki, hazırda 128 şaxtaçı təxliyyə edilir.

Qeyd edək ki, Kemerovo vilayətinin şaxtalarında iki mindən çox qanun pozuntusu aşkar edilib, onlara görə 837 inzibati iş açılıb. Bunlardan 346-sı əməyin mühafizəsi standartlarının pozulması ilə bağlıdır.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 7 =