SON DƏQİQƏ: Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı – FƏRMAN

SON DƏQİQƏ: Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı – FƏRMAN

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bənd üzrə:

1.1.1. 1.1.1-ci yarımbənddə “130” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.5. 1.1.5-ci yarımbənddə “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.1.6. 1.1.6-cı yarımbənddə “80” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.1.7. 1.1.8-ci yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.8. 1.1.9-cu yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.9. 1.1.10-cu yarımbənddə “55” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “160” rəqəmləri “200” rəqəmləri ilə, 2-ci abzasında “480” rəqəmləri “600” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Belə ki, yaşa görə müavinət — 180 manat;

Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I dərəcə əlilliyi olan şəxslərə — 220 manat

II dərəcə əlilliyi olan şəxslərə — 180 manat

III dərəcə əlilliyi olan şəxslərə — 120 manat;

Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə — 220 manat

II dərəcə əlilliyi olan şəxslərə — 180 manat

III dərəcə əlilliyi olan şəxslərə — 120 manat;

Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə — 220 manat

II dərəcə əlilliyi olan şəxslərə — 180 manat

III dərəcə əlilliyi olan şəxslərə — 120 manat]

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət — 200 manat;

Ailə başçısını itirməyə görə müavinət — 100 manat;

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət — 120 manat;

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — 120 manat;

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — 70 manat;

Övladlığa götürülən uşağa görə – 200 manat;

2. övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə – 600 manat.

Birdəfəlik müavinətlər:

uşağın anadan olmasına görə müavinət — 300 manat;

dəfn üçün müavinət — 350 manat.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − three =