Səudiyyə qırıcıları Səna hava limanına hücum edib

Səudiyyə qırıcıları Səna hava limanına hücum edib

Səudiyyə-Amerika təcavüzkar qırıcıları bazar ertəsi axşam saatlarında Yəmənin paytaxtı Sənaya bir neçə hücum həyata keçirib.

 Əl-Məsirənin məlumatına görə, Səudiyyə-Amerika təcavüzkar qırıcıları bazar ertəsi axşam saatlarında Yəmənin paytaxtı Sənaya bir neçə hücum həyata keçirib.

Əl-Məsirənin Sənadakı müxbiri bildirib ki, təcavüzkarlar Səna hava limanına üç dəfə, Sənanın Əl-Nəhdin bölgəsinə iki dəfə hücum ediblər.

Bazar günü Səudiyyə təcavüzkar qırıcıları Bəni əl-Haris bölgəsindəki mülki ərazilərə 6 dəfə hücum edib.

Səudiyyə koalisiyası Ənsarullahın hücumlarını dəf edə bilmədiyi üçün hər dəfə mülki vətəndaşları öldürür.

Bazar günü gecə Yəmənin Ənsarullahı Cizan və Xəmis Müşayyit bölgələrinə pilotsuz təyyarə və raket hücumları ilə Səudiyyə Ərəbistanının müdafiə zəifliyini bir daha sübut edə bildi. Təbii ki, Ali-Səud həmişə olduğu kimi, bu hücumların qarşısını aldığını və dəf etdiyini iddia edib.

Yəhya Sərı ötən həftə verdiyi açıqlamada da deyib: “Allahın lütfü ilə raket bölməmiz Xəmis Müşəyyitdəki Məlik Xalid hava bazasındakı qırıcıların anqarını, eləcə də Cizandakı digər həyati əhəmiyyətli hədəfləri beş ballistik raketlə hədəfə ala bildi. ” O, bu raketlərin hədəfləri dəqiq vurduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =