ABŞ Ukraynaya səyahəti qadağan edib
ABŞ Dövlət Departamenti Rusiyanın hərbi zərbəsi ehtimalı səbəbindən Ukraynaya səyahətin qadağan ediləcəyini açıqlayıb.
Dövlət Departamenti Rusiyanın Ukrayna torpaqlarında gözlənilən hərbi əməliyyatları ilə bağlı xəbərdarlıqlara görə Ukraynanı ziyarət edilməməsi lazım olan ölkələr siyahısına daxil etdiyini bildirib.
Bu arada Rusiya dəfələrlə Ukraynaya qarşı siyasətinin aqressiv olduğunu inkar edərək, Ukraynanın cənub-şərqindəki Donbas regionunda münaqişənin həllində dalana dirənməkdə Kiyev və Qərb ölkələrini günahlandırıb.