Bərdədə iki azyaşlı çaya düşərək boğulub
Bərdədə iki azyaşlı çayda boğularaq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində baş verib.
6 yaşlı Qurbanov İbrahim Zöhrab oğlu və 8 yaşlı Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar. Hər iki uşaq sudan çıxarılsa da həyatlarını xilas etmək mümkün olmayıb.
Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedibmiş.
BAKU.WS