Kabildə ABŞ əleyhinə kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

Kabildə ABŞ əleyhinə kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

Bu gün Əfqanıstanın paytaxtı Kabildə Taliban tərəfdarlarının çoxluq təşkil etdiyi kütlə ABŞ əleyhinə etiraz aksiyaları keçirib.

SalamNews AamajNews-a istinadla xəbər verir ki, bu etiraz aksiyalarında “ABŞ-ın Əfqanıstan xalqına qarşı iqtisadi terroru” pislənilib.

Aksiyalarda etirazçılar ABŞ hökumətini Əfqanıstana aid pulların dondurulmuş vəziyyətdə saxlamasına son qoymağa çağırıblar.

Bu aksiyalarda “Yaşasın Əfqanıstan İslam Əmirliyi” şüarlarını əks etdirən plakatlar da qaldırılıb.

Qeyd edək ki, Əfqanıstanın sabiq hökumətinə aid 9 milyard dollar civarında pul ABŞ və digər Qərb dövlətləri tərəfindən dondrulub.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − thirteen =