İranın Yəməndəki səfiri şəhid qardaşlarına qovuşub

İranın Yəməndəki səfiri şəhid qardaşlarına qovuşub

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının Yəməndəki səfiri Həsən İrlonun bu gün səhər saatlarında koronavirusa yoluxması səbəbindən şəhid qardaşlarına qovuşduğunu açıqlayıb.

İran İslam Respublikasının səfiri Həsən İrlo bu gün səhər (çərşənbə axşamı, dekabrın 21-də) dünyasını dəyişib.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İran İslam Respublikasının Yəmən Milli Qurtuluş Hökumətindəki səfirinin Covid xəstəliyi səbəbilə şəhadətini elan edib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: “Həm də kimyəvi müharibə veteranı olan Şəhid İrlo, təyin olunduğu ölkədə Covid xəstəliyinə tutuldu və təəssüf ki, bəzi ölkələrin gec əməkdaşlığı səbəbindən əlverişsiz şəraitdə ölkəyə qayıtdı. Vəziyyətini yaxşılaşdırmaq üçün bütün müalicə addımlarının atılmasına baxmayaraq, bu səhər dünyasını dəyişib.”

Xətibzadə dünən, dekabrın 20-də həftəlik mətbuat konfransında İranın Yəməndəki səfiri Həsən İrlo ilə bağlı yayılan xəbərlər və Qərb mediasının İran səfirinin geri qayıtmasının İranın Ənsarullahla fikir ayrılığı ilə bağlı olduğu iddiasına da toxunub:

“Qərb mediasının yaydığı xəbərlər yalan və batil xəbərlərdir. İran və Yəmənin Milli Qurtuluş Hökuməti arasında əlaqələr həmişəkindən daha güclü və sıxdır. İran İslam Respublikası bütün diplomatik və siyasi vasitələrlə Yəmən xalqına yardım etməkdə sadiqdir. Bu xəbərləri hazırlayanlar diqqət etməlidirlər ki, Yəmən məsələsinə kömək etməyin yeganə yolu Yəmən xalqının iradəsinə hörmət etməkdir. Cənab İrlonun təcili tibbi yardıma ehtiyacı var idi və ölkəyə transferi ilə bağlı məsələ bir neçə gün İran İslam Respublikasının gündəmində idi və İraq da daxil olmaqla, bölgənin bir neçə ölkəsi bu məsələdə bizə kömək etdi.”

Həsən İrlo 2015-ci ildə Yəməndə müharibə başlayandan sonra İran Xarici İşlər Nazirliyində Yəmən masasının rəhbəri, İranın Yəmənə humanitar yardımının koordinatoru (yardım təyyarələri və xilasedici gəmilərin göndərilməsi və sonra yardımların göstərilməsi BMT ilə koordinasiya ) və s. kimi vəzifələrdə çalışmışdır.

Bu vəzifəyə qədər o, 1394-1399-cu illərdə Yəmən üzrə Xarici İşlər Nazirinin xüsusi köməkçisinin müavini olub.

Xatırladaq ki, İran İslam Respublikasının Yəməndəki yeni səfiri Həsən İrlo 2016-cı il noyabrın 27-də etimadnaməsinin surətini Milli Qurtuluş Hökumətinin xarici işlər naziri Hişam Şərəfə təqdim edib. Daha sonra o, etimadnaməsini Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Məşata təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =