Polşa və Belarus BMT nümayəndələrini sərhədə buraxmayıb

Polşa və Belarus BMT nümayəndələrini sərhədə buraxmayıb

BMT nümayəndələri ötən gün Polşa-Belarus sərhədinə gedə bilməyiblər.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mətbuat katibi Liz TRossel bildirib.

Trossel deyib ki, təşkilat hər 2 tərəfdən BMT nümayəndələri, QHT təmsilçiləri və jurnalistləri sərhədə buraxmağı xahiş edib. Polşa tərəfi miqrantlarla başqa ərazidə görüşməyə şərait yaratsa da, diplomatları sərhədə buraxmayıb. Belarus tərəfi isə nümayəndə heyətinin ümumiyyətlə ölkəyə girişinə razılıq verməyib.

Qaçqınlar üzrə Ali Komissarlıq Polşa və Belarusu insan hüquqlarına əməl etməyə çağırıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 16 =