İnqilabın Ali Məqamlı Rəhbərindən İstifta / Qəza namazı və orucu olan şəxs ölmüş şəxsin namaz və oruclarını tuta bilərmi?
Ali Rəhbərin informasiya ofisi həzrətin “Geyim və irsin xümsü” və “niyabətən namazı qılıb oruc tutmaq” mövzusunda fətvalarını dərc edib.
Ali Məqamlı Rəhbərə ünvanlanan sual və cavabların mətni belədir:
Gələcəkdə istifadə etmək üçün alınan paltarın xümsü
Sual: İlin ortasındakı gəlirlə övladlarıma onların gələcəkdə geyinməsi üçün paltarlar almışam, lakin hal-hazırda həmin paltarla onların əyninə olmur. Xüms ilinin əvvəlində onların xümsünü ödəməliyəmmi?
Cavab: Sual belə olduğu halda, xümsü var.
İrsin qiymət artımının xümsü
Sual: İrsi torpağı iyirmi ildən sonar satmışam. Onun qiymət artımına xüms şamildirmi?
Cavab: Xümsü yoxdur, lakin torpağı qiymətinin artması və mənfəət əldə etmək üçün saxlamaq istisnadır. Bu halda, satıldıqdan sonra, vacib ehtiyata əsasən qiymət artımı ilin gəlirindən hesab olunur və xüms ilinin sonunda həmin miqdar əldə olarsa, onun xümsü verilməlidir.
Niyabətən qılınan namaz və tutulan oruc
Sual: Öhdəsində qəza namaz və orucu olan bir kəs dünyadan köçən şəxsin namaz və oruclarını yerinə yetirə bilərmi?
Cavab: Namazla bağlı maneəsi yoxdur, lakin orucla bağlı əgər əcir olunsa, iradı yoxdur, əgər əcirsiz və pulsuz olsa, vacib ehtiyata əsasən, səhih deyil. Əlbəttə, böyük oğul hər bir halda atanın qəza orucunu tuta bilər.