Amerika Respublikaçıları faşizmi dəstəkləyir

Amerika Respublikaçıları faşizmi dəstəkləyir

Amerika telekanalı Respublikaçıların afroamerikalıların qatili olan ağdərili bir şəxsin azadlığa buraxılmasını qeyd etdikdən sonra, partiyanın faşizmə yaxınlaşdığını elan etdi.

Amerikanın MSNBC kanalı hesabatında bildirib ki, cinayətkarın azad edilməsinin qeyd edilməsi və Respublikaçı Mühafizəkarlar Partiyasının konfransında onun çempion kimi qarşılanması onların siyasi zorakılığa meylini və irqçi faşist hərəkatına yaxınlığını günü-gündən təsdiqləyir.

Həbsdən çıxdığı zaman bu şəxsin səhnədə təriflənməsini necə başa düşmək olar? Son beş il ərzində bir çox insanlar Respublikaçı Partiyanın bəzi üzvlərinin faşist olub-olmadığını soruşurdular və cavab şübhəsiz belədir ki, bu, millətçi bir qrupdur.

Siyasi məqsədlərə çatmaq üçün bu cür ekstremizm və başqalarına qarşı hücum və zorakılığın təriflənməsi bizə Mussolini və digər faşist liderləri xatırladır.

“Biz daha əvvəl konfransda gördük ki, Respublikaçılar cinayətkar olduğu halda yenicə bəraət almış 18 yaşlı oğlanı alqışladılar. Bu, zorakılığın alqışlanmasıdır və Respublikaçılar  getdikcə faşizmin tərifinə uyğun gəlir.

Xatırladaq ki, ABŞ-da bir neçə qaradərili insan Amerika polisi tərəfindən vəhşicəsinə öldürüldükdən sonra bu ölkədə etiraz nümayişləri keçirilib.

Amma Donald Trampın 4 illik hakimiyyətdə olduğu müddətdə vəziyyət daha da pisləşib və ekstremist qrupların formalaşması ilə irqçilik kritik mərhələyə çatıb. Ötən həftə BMT Baş Assambleyası Rusiyanın və 30-dan çox ölkənin təklifi ilə nasizm, neonasizm və irqçiliyin bütün formalarını pisləyən qətnamə qəbul edib, ancaq ABŞ və Ukrayna bunun əleyhinə səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − three =