Suriyanın Dəra əyalətində partlayış törədilib, bələdiyyə sədri həyatını itirib

Suriyanın Dəra əyalətində partlayış törədilib, bələdiyyə sədri həyatını itirib

Suriyanın Dəra əyalətinin ən-Nəimə şəhərində partlayış törədilib. Bələdiyyə sədri həyatını itirib.

SalamNews SANA-a istinadla xəbər verir ki, Dəra əyalətinin ən-Nəimə şəhərində bələdiyyə şəhərinin avtomobilinə quraşdırılmış bomba partladılıb.

Terror aktı nəticəsində bələdiyyə sədri Əla əl-Əbud həyatını itirib və ətrafda olan bir neçə nəfər yaralanıb.

Bu terror aktını hələ heç bir qrup üzərinə götürməyib.

Qeyd edək ki, son aylarda Dəra əyalətinin bəzi rayonlarında silahlı qruplar silahlarını təhvil verərək, hökumətin təklif etdiyi sülh anlaşmasına qoşulublar.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + twenty =