Kürdəmir və Sabirabadda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar

Kürdəmir və Sabirabadda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar

Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Bu barədə SalamNews-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, rayonun Türkədi kənd sakini, aktiv koronavirus xəstəsi Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyənləşdirilib və yaşadığı evə geri qaytarılıb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =