Türkiyənin yerli peyvəndinin ilk partiyası Ankaraya çatdırılıb

Türkiyənin yerli peyvəndinin ilk partiyası Ankaraya çatdırılıb

Türkiyə istehsalı olan koronavirusa qarşı “TURKOVAC” peyvəndinin ilk partiyası Ankara şəhəri Səhiyyə İdarəsinin anbarlarına daxil olub.

Trend-in məlumatına görə, peyvəndin seriya istehsalı Şanlıurfanın cənub-şərqindəki sənaye zonasında davam edir.

150 min dozalıq vaksinin ilk partiyası paytaxtın Esenboğa hava limanı ərazisindəki dərmanların saxlanma anbarlarına çatdırılıb.

Təkrar analiz və sınaqlardan sonra vaksinlər ölkənin vilayətlər üzrə paylanacaq. Prosesin gələn həftəyə qədər başa çatdırılması planlaşdırılır.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − eight =