Papa Yəmən və Fələstinə qarşı qlobal sükut və passivlik barədə xəbərdarlıq edib

Papa Yəmən və Fələstinə qarşı qlobal sükut və passivlik barədə xəbərdarlıq edib

Dünya katoliklərinin lideri, Roma Papası Frensis şənbə günü (bu gün) Milad mesajında dünyanın müxtəlif yerlərində baş verən faciələr qarşısında beynəlxalq qarşılıqlı laqeydlik və sükutdan çəkinmək barədə xəbərdarlıq edib.

O, Suriya, Yəmən, işğal olunmuş Fələstin, Əfqanıstan, Ukrayna, Sudan və dünyanın digər bölgələrindəki qarşıdurmalara toxunaraq deyib: Biz hələ də çoxlu sayda qarşıdurmaların, böhranların və müxalifətin şahidi oluruq, sanki bunların sonu yoxdur.

Katolik lider əlavə edib: “Biz bu böhranlara o qədər öyrəşmişik ki, böyük fəlakətlər sükutla keçir və biz bir çox qardaş və bacılarımızın əzab fəryadını eşitməmək təhlükəsi ilə üz-üzəyik.”

Roma Papası Fransis Sent Piter kilsəsinin eyvanından çıxışı zamanı iki səhifəlik çıxışının müxtəlif hissələrində on bir dəfə “dialoq” sözünü işlədib, tanrıdan Ukraynada “uzun bir münaqişənin qarşısını almasını” istəyib.

O, dünya xalqlarını miqrantlara, sığınacaq axtaranlara, evsizlərə, siyasi məhbuslara və zorakılıq qurbanı olan qadınlara biganə qalmamağa çağırıb və dünya liderlərini gələcək nəsillərin rifahı üçün ətraf mühiti qorumağa səsləyib.

Papa Frensis həmçinin “Ukraynada gərginliyin silahla deyil, ciddi beynəlxalq dialoq yolu ilə həll ediləcəyinə” ümid etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =