ABŞ-da 1600 uçuş ləğv edildi
ABŞ-da koronavirusun “Omicron” ştamına yoluxma hallarının artması səbəbindən Yeni il tətilində 1600-dən çox uçuş ləğv edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbərinə görə, pandemiyanın hava yolları əməkdaşlarına təsiri səbəbindən bu qərarlar qəbul edilib.
Ləğv olunan uçuşlara görə tətilə getmək üçün hava limanlarına üz tutan amerikalılar çətin vəziyyətlə üzləşiblər.
Dünya miqyasında isə pandemiya səbəbindən cümədən bazar gününə qədər 5 min 400-dən çox uçuş ləğv olunub.
Qafqazinfo.az