Britaniya Daxili İşlər Nazirliyi Rusiyanı “düşmən dövlət” adlandırıb
Çin, Rusiya və İran Birləşmiş Krallığa qarşı “düşmənçilik” edirlər.
SalamNews xəbər verir ki, bu sözləri Böyük Britaniyanın təhlükəsizlik üzrə dövlət katibi Demian Haynds bildirib.
“Adını çəkdiyim üç ölkənin insan potensialı var, onların nüfuzu var.Onlar geniş miqyasda mövcudluğu təmin edə bilərlər.Həmin dövlətlər informasiya əməliyyatları apara bilər və həyata keçirirlər.Burda müxtəlif yollarla iştirak edirlər. Tam siyahı vermək çətindir ” – Haynds qeyd edib.
Diplomat Şimali Koreyanı dördüncü “düşmən” ölkə adlandırıb.
SalamNews.org