Xaricdə ölmüş Azərbaycan vətəndaşının qeydə alınması proseduru müəyyənləşir

Xaricdə ölmüş Azərbaycan vətəndaşının qeydə alınması proseduru müəyyənləşir

Xaricdə ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümünün qeydə alınmasına dair prosedur müəyyənləşir.

APA-nın məlumatına görə, bununla bağlı Ailə Məcəlləsinə yeni – 195.2-ci maddə əlavə olunur.

Beləliklə, Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =