Gələn il Rusiya və ABŞ təhlükəsizliklə bağlı danışıqlar aparacaq

Gələn il Rusiya və ABŞ təhlükəsizliklə bağlı danışıqlar aparacaq

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 10-da Rusiya və ABŞ arasında təhlükəsizlik ilə bağlı danışıqların keçiriləcəyini deyib.

SalamNews xəbər verir ki, bu barədə ABŞ rəsmiləri bildirib.

 Diplomatın sözlərinə görə, hər iki ölkə bu məsələ ilə bağlı problemləri müzakirə edəcək. Dövlətlər isə açıq dialoq və diplomatiya kanallarının potensialına ümid edir.

Onun sözlərinə görə, Vaşinqton müttəfiqlərin və tərəfdaşların məsələlərini onların iştirakı olmadan müzakirə etməyəcək.

Prays qeyd edib ki, elə sahələr var ki, orda irəliləyiş əldə oluna bilər və  heç bir razılığın əldə olunmadığı vaxtlar da var.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =