CIA-nın yüzlərlə danimarkalı yetim uşaq üzərində apardığı gizli eksperimentlərin ifşası
Danimarkada yeni yayımlanan sənədli filmə görə, CIA 1960-cı illərin əvvəllərində şizofreniya ilə bağlı 311 danimarkalı uşaq üzərində gizli eksperimentlər aparmış və buna dəstək olmuşdur.
Danimarkada yeni çıxan sənədli filmdə Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) bir neçə yüz skandinaviyalı uşaq üzərində eksperimentlərə dəstək verməkdə ittiham olunur. Sənədli filmə görə, CİA 1960-cı illərin əvvəllərində bir çoxu övladlığa götürülən və ya uşaq evlərinə yerləşdirilən 311 danimarkalı uşaq üzərində gizli şizofreniya təcrübələrini dəstəkləyib.
Danimarka radiosunun “Mənim Axtarışım” sənədli filmi ABŞ kəşfiyyat agentliyini Kopenhagendə yerli hakimiyyət orqanlarının nəzarətində olan xəstəxanada aparılan sınaqlara dəstək verməkdə ittiham edir. Bu araşdırmaların məqsədinin şizofreniya ilə irsiyyət və ya ətraf mühit arasındakı əlaqəni araşdırmaq olduğu bildirilir.
Russia Today-in məlumatına görə, uşaq ikən eksperimentlərdə iştirak etdiyini deyən Per Venik elektrodlar bərkidilmiş kresloya oturdulduğunu və yüksək, kəskin səslərə qulaq asmağa məcbur edildiyini bildirib.
Bu eksperimentin məqsədi, görünür, uşağın psixotik xüsusiyyətlərinin olub olmadığını müəyyən etmək idi.
Venik və Milli Arxivlərə görə layihə ABŞ-ın səhiyyə xidməti tərəfindən maliyyələşdirilib və CIA tərəfindən idarə olunan İnsan Ekologiyası Fondu tərəfindən dəstəklənib. Tədqiqat zamanı və ya sonrasında uşaqlara testlərin nə üçün olduğu bildirilməsə də, 1977-ci ildə Danimarkalı psixiatr tərəfindən araşdırmanın təfərrüatlarını əks etdirən dissertasiya nəşr olundu.
Danimarka Rifah Muzeyindən Jakob Kanj Rasmussen iddia edir ki, Danimarkada himayəsində olan uşaqların tədqiqat məqsədi ilə sənədləşdirilməs ilk dəfədir.
O əlavə etdi: “Mən nə Danimarkada, nə də Skandinaviyada oxşar fəaliyyətlərdən xəbərdar deyiləm. Bu, İkinci Dünya Müharibəsindən sonra 1947-ci il Nürnberq qanunlarına zidd olan dəhşətli məlumatdır.