Əl-Kazimi İraqdakı xarici hərbi qüvvələrin missiyasının başa çatdığını rəsmən elan edib

Əl-Kazimi İraqdakı xarici hərbi qüvvələrin missiyasının başa çatdığını rəsmən elan edib

İraqın Baş naziri çərşənbə günü ABŞ koalisiya qüvvələrinin buradakı varlığının sona çatdığını elan edərək, onların rolunun məsləhət və dəstək verməklə məhdudlaşdığını deyib.

İraqın Baş naziri Mustafa əl-Kazimi bu gün öz Twitter səhifəsində yazıb:

ABŞ koalisiyasının İraqdakı hərbi rolu və bütün hərbi qüvvələr və onların hərbi texnikasının İraqdan çıxarılması başa çatıb və Bağdad-Vaşinqton strateji danışıqlarının nəticələrinə görə, koalisiyanın rolu məsləhətləşmə və dəstək ilə məhdudlaşır.

Əl-Kazimi tvitinin sonunda Beynəlxalq koalisiyanın komandanlığına, qonşu ölkələrə və İraqın İŞİD-ə qarşı müharibədəki tərəfdaşlarına təşəkkür edib və İraq qüvvələrinin xalqı müdafiə etməyə hazır olduğunu vurğulayıb.

 “Yaşasın İraq!” – deyə o, sözlərini yekunlaşdırıb.

İraq Ordusunun Təhlükəsizlik İnformasiya Qərargahı da dünən Beynəlxalq Koalisiya Döyüş Qüvvələrinin İraqda İŞİD əleyhinə islahat aparmaq missiyasının başa çatdığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 2 =