İran “Simurğ” peykdaşıyıcısı ilə üç obyekti kosmosa göndərdiyini bildirib
İran “İmam Xomeyni” kosmodromundan “Simurğ” peykdaşıyıcısı ilə üç tədqiqat obyektini orbitə göndərdiyini bildirib.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Müdafiə Nazirliyinin Aviakosmik məsələləri üzrə sözçüsü Seyid Əhməd Hüseyni deyib.
Onun sözlərinə görə, “İmam Xomeyni” kosmodromundan “Simurğ” peykdaşıyıcısı ilə üç tədqiqat yükü orbitə göndərilib.
O deyib: ölkənin milli kosmik sənayesinə malik olmasından və kiçik süni peykləri orbitə göndərmək üçün “Səfir”, “Qasid” kimi peykdaşıyıcıları uçurtmaq qabiliyyətini əldə edəndən sonra daha hündür məsafəyə qalxa bilən peykdaşıyıcıları ərsəyə gətirmək və və genişləndirmək məsələsi nəzərdə tutuldu. Bu istiqamətdə İmam Xomeyni kosmodromunun genişləndirilməsi və ölkənin aviakosmik sənayesində “Simurğ”un ərsəyə gətirilməsi nəzərə alındı.”
Seyid Əhməd Hüseyni əlavə edib ki, bu kosmik tədqiqat missiyasında ilk dəfə olaraq eyni vaxtda 3 tədqiqat yükü saniyədə 7350 metr sürətlə 470 km hündürlüyə göndərilib.
SalamNews.org