Qasım Süleymaninin öldürülməsi ABŞ-ın İraqdakı maraqlarına necə zərbə vurdu?

Qasım Süleymaninin öldürülməsi ABŞ-ın İraqdakı maraqlarına necə zərbə vurdu?

Birləşmiş Ştatlar və İraq Trampın Qasım Süleymaniyə qarşı sui-qəsd qərarının acı nəticələrini hiss etməkdə davam edir.

2020-ci ilin yanvarında, İranın Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin öldürülməsindən bir neçə gün sonra İranın ABŞ hökumətinin Eynül-Əsəd bazasına onlarla raket zərbəsi endirməsi və 100-dən çox ABŞ əsgərinin yaralanması ilə nəticələnən reaksiyası ilə bağlı Xarici İşlər naziri Mayk Pompeo “Çəkindirmənin dirçəldilməsi: İran nümunəsi” adlı çıxış etdi.

Pompeo çıxışı zamanı iddia edib ki, general Süleymaninin öldürülməsi ABŞ-ın İrana qarşı çəkindirmə gücünü bir daha balanslaşdırıb. Bununla belə, İraqda ABŞ qüvvələrinə hücumlar artdıqca, Pompeonun iddialarının mahiyyət etibarilə etibarsız və ona önəm verilməməli olduğunu nişan verdi.

İndi çoxları başa düşür ki, Trampın səlahiyyətlərindən sui-istifadə etməsi və general Süleymaniyə sui-qəsd əmri ABŞ-ı genişmiqyaslı böhranlarla üzləşməyə vadar edib və bunun nəticələri, hətta indiki kontekstdə belə, ABŞ-ı ciddi şəkildə narahat edir və etməkdədir.

General Süleymaninin öldürülməsindən sonra İraqda və bölgədə ABŞ qüvvələrinə qarşı hücumların davamlı artmasını nəzərə alaraq, Mayk Pompeonun bu məsələnin (Süleymaninin qətli) ABŞ-İran münasibətlərindəki çəkindirici qüdrəti bir daha tarazlaşdırdığı və Amerika qüvvələri və maraqlarına qarşı İranın növbəti hücumlarının qarşısını aldığıı barədəki iddiasının  tamamilə süstlüyünü göstərdi.

İran general Süleymaninin qətlinə nəinki kütləvi raket zərbəsi ilə cavab verdi, həm də praktikada ABŞ qoşunlarının regiondan tamamilə çıxarılmasına əsaslanan əsas strategiyasını müəyyənləşdirdi. Bundan başqa, general Süleymaninin öldürülməsi İraqda daxili çəkişmələrin intensivliyini xeyli artırdı.

Bununla belə, general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin sağlığında bu iki şəxs İraq silahlı qruplaşmalarını idarə etmək və onlara nəzarət etməkdə əhəmiyyətli imkanlara malik idi və ölkədə baş verən çətin hadisələrin qarşısını ala bilirdi. Lakin bu iki komandirin öldürülməsindən sonra bəzi iraqlı qruplar İraqda özbaşına hərəkətlər etdilər ki, bu həm İraqın sabitliyini təhlükə altına aldı, həm də Amerika qüvvələrinin təhlükəsizliyinə ciddi ziyan vurdu.

Etiraf etmək lazımdır ki, Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin öldürülməsi ABŞ-ın regionda və dünyada maraqlarını gücləndirmək əvəzinə, faktiki olaraq ABŞ-ın bu iki komandirin həyatda olduğu zamankı mövqeyini qat-qat təhlükəli vəziyyətə salıb.

Hazırkı kontekstdə Birləşmiş Ştatlar öz səylərinin əhəmiyyətli bir hissəsini İraq torpaqlarındakı hərbi bazalarını qorumaqla yanaşı, qoşunlarının həyatını qorumaq üçün də sərf edir. Bundan başqa, İraq daxilində təhlükəsizliklə bağlı gərginliyin artması ABŞ-ın maraqlarını da geniş miqyasda ciddi şəkildə təhlükə altına qoyub.

Bundan əlavə, general Süleymaninin öldürülməsi İranı nüvə potensialını həyata keçirməkdə daha effektiv etdi. General Süleymaninin öldürülməsindən sonra İran (ABŞ-ın Bərcamdan çıxmasına cavab olaraq) Bərcam sazişinin məhdudiyyətlərini aşdı və General Süleymaninin öldürülməsinin birinci ildönümündə uranın zənginləşdirilməsini artırmaq və daha da genişləndirmək planlarını açıqladı.

Hazırkı vəziyyətdə, General Süleymaninin öldürülməsindən təxminən iki il sonra, Vyana nüvə danışıqları zəif aparılır və Bayden hökuməti güclü nüvə İranı ilə üz-üzədir və bunun üçün geniş seçimləri yoxdur.

General Süleymaninin öldürülməsinin ABŞ və onun regionda və dünyadakı maraqları üçün bədbəxt nəticələri ordunun asimmetrik təhdidlərlə üzləşməli olduğu məhdudiyyətləri yaxşı nümayiş etdirdi.

General Süleymaniyə sui-qəsd etməklə ABŞ özü üçün təhlükəsiz mühit yaratmaq əvəzinə, əslində İranı daha çox güc qazanmağa təhrik etdi və ətrafındakı etibarsızlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 8 =