Kreml: Rusiya Vaşinqtonla münasibətlərində heç vaxt gərginlik mənbəyi olmayıb
Moskva heç vaxt ABŞ-la münasibətlərdə gərginliyin əsas mənbəyi olmayıb.
SalamNews xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya heç vaxt gərginliyin əsas mənbəyi olmayıb. Biz həmişə demişik ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri görüb və görməyə davam edəcək”- Kremlin sözçüsü Ağ Ev-in Rusiyanın ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq cəhdlərinin olmaması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
O əlavə edib ki, Moskva danışıqlara hazırlaşır. Çünki Rusiya-Amerika münasibətlərində mövcud olan problemləri ancaq dialoq yolu ilə həll etmək olar.
SalamNews.org