Müqavimət Alimləri Birliyinin sədri: Şəhid Süleymaninin həyatı sionist-amerikan müstəmləkəçiliyi ilə mübarizədə keçib

Müqavimət Alimləri Birliyinin sədri: Şəhid Süleymaninin həyatı sionist-amerikan müstəmləkəçiliyi ilə mübarizədə keçib

Müqavimət Alimləri Birliyinin rəhbəri verdiyi müsahibədə şəhid Süleymaninin Fələstin və Qüdsü prioritetlərinin önünə qoyduğunu və bütün şüarlarını həyata keçirdiyini bildirib.

Müqavimət Alimləri Birliyinin rəhbəri Mahir Həmud İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Qüvvələrinin komandanı General Qasım Süleymaninin mühüm rolunu vurğulayaraq, “Hacı Qasım Süleymaninin İslam birliyi ideyasına bir neçə prizmadan canlılıq bəxş etdiyini bildirib.”

Həmud verdiyi müsahibədə bu prizmalar haqqında deyib: “Birinci və əsas prizma Fələstin və Qüdsü prioritetlərinin üstündə tutması idi. O, əslində Qüds Qüvvələrinin komandanı idi. Yəni, Qüds məsələsinin təqibinə cavabdeh olan tərəf idi. Qüds həm də İran üçün bütün digər məsələlərdən öndə olan bir məsələdir.”

O, vurğulayıb ki, İran liderlərinin Fələstin məsələsini dəstəkləməkdə səmimiyyəti ilə bağlı Tehranın Qüds Qüvvələrinə ən böyük büdcəni ayırdığını və ən önəmli gəncləri və döyüş qüvvələrini buna sərf etdiyini qeyd etmək lazımdır.

Həmud qeyd edib ki, Şəhid Süleymani həyatını sionist-Amerika müstəmləkəçiliyinə qarşı mübarizədə keçirib və bilirdi ki, o, daxili və xarici muzdlular və texnologiyanın inkişafı vasitəsilə İslam dünyası və Ərəblərə nüfuz edə biləcək güclü bir düşmənlə üz-üzədir.

O, şəhadətin Hacı Qasimin hədəfi olduğunu söyləyərək dedi: “Özünü bu kontekstdə hesab edən hər kəs şəhadəti qarşılamağa hazır olmalıdır, şəhadət isə onun digər arzularından öndə gələn hədəfi və arzusu idi. Ona görə də onun həyatının şəhidliklə bitməsi təəccüblü deyil, çünki o, ön səngərdə idi və təhlükələrə əsla əhəmiyyət verməzdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 4 =