ABŞ-da əlverişsiz hava şəraiti Ağ Evin fəaliyyətinə təsir etdi

ABŞ-da əlverişsiz hava şəraiti Ağ Evin fəaliyyətinə təsir etdi

ABŞ-ın paytaxtı Vaşinqtonda bu qış ilk dəfə qar çovğunu olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Milli Meteoroloji Büro avtomobil sürücülərini qar fırtınası ilə bağlı xəbərdar edib. Bildirilib ki, bazar ertəsi günortadan sonra 30 sm-ə qədər qar yağıntısı gözlənilir.

Proqnoza görə, mənfi dərəcə həftənin sonuna qədər davam edəcək.

Səlahiyyətlilər həmçinin bildiriblər ki, paytaxtın mərkəzi hissəsində qar yağması səbəbindən federal təşkilatların ofisləri bağlanıb, yalnız fövqəladə hallar üzrə xidmətin əməkdaşları işləyirlər.

Vaşinqtonda bir çox məktəb də bağlanıb. Əlverişsiz hava şəraiti hətta Ağ Evin fəaliyyətinə təsir edib. Mətbuatın yazdığına görə, çovğun səbəbindən bazar ertəsi Ağ Evdə keçirilməsi planlaşdırılan brifinq ləğv edilib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − thirteen =