İraqda ABŞ hərbi müşavirlərinin olduğu bazaya PUA-larla hücum edilib
İraqın əl-Ənbar əyalətində yerləşən Eynul-Əsəd hərbi bazasına PUA-larla hücum edilib.
SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər.
Bildirilib ki, Eynul-Əsəd bazasına iki PUA ilə hücum edilib.
Məlumata görə PUA-lar havadan müdafiə ilə vurulub.
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.
Qeyd edək ki, Eynul-Əsəd bazası general Qasim Süleymaninin terrora məruz qalmasından sonra İran tərəfindən ballistik raketlərlə hədəfə alınan hərbi qərargahdır.
SalamNews.org