İranın cənubunda sel daşqınları nəticəsində altı nəfər həyatını itirib-VİDEO
İranın Kerman və Fars əyalətlərində sel daşqınları infrastrukturaya ziyanlar vurmaqla yanaşı azı altı nəfərin ölümü ilə nəticələnib.
SalamNews Mehr-ə istinadla xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin İmdad və Xilasetmə Təşkilatından məlumat verilib.
Bildirilib ki, son iki sutkada Kerman və Fars əyalətlərində baş verən sel daşqınları altı nəfərin ölümü ilə nəticələnib.
Bölgədə üç min nəfərin təxliyə edilməsi və müvəqqəti məskunlaşması üçün tədbirlər görülüb. İyirmi min nəfərə müxtəlif yardımlar çatdırılıb.
Bu iki əyalətdən başqa Sistan-Bəluçistan və Buşehr əyalətləri də sel daşqınlarının şahidi olub.
Sel daşqınları daha çox Sistan-Bəluçistan əyalətində infrastrukturaya ziyan vurub.
SalamNews.org