2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü… – SİYAHI
2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub.
Publika.az ABŞ-ın savaş qurbanlarının sayına görə “Müharibə Statistikaları Analitik Mərkəzi”nin sıraladığı və yayımladığı siyahını təqdim edir:
Birinci yeri Efiopiya, Tiqray və Oromolar sizin vətəndaş müharibəsi tutur – 40 min nəfər ölü;
İkinci yeri keçmiş Əfqanıstan hökumətinə tabe olan silahlılarla “Taliban” rejimi arasındakı savaşlarda 26 min nəfər dünyasını dəyişib.
Üçüncü yerdə Yəməndəki “Husilər”lə Ərəb Koalisiyası arasında baş verən Yəmən vətəndaş müharibəsinin qurbanları qərarlaşıb: – 25 min nəfər ölü;
Digər sıralamalar bu cürdür:
Dörd– Myanma hərbi çevrilişi – 11 min nəfər ölü;
Beş – Meksika və “Kartellər” arasındakı narkotik müharibəsi – 9 min 862 nəfər ölü;
Altı – Suriya vətəndaş müharibəsi -6 min nəfər ölü;
Yeddi – Demokratik Konqo Respublikası vətəndaş müharibəsi – 5 min nəfər ölü;
Səkkiz – Somalidə paytaxt Moqadişudakı hökumətlə “Əşəbab” terror təşkilatı arasındakı qarşıdurma və ya başqa bir adı ilə Somali vətəndaş müharibəsi: 4 min nəfər ölü;