Qazaxıstanın Aktobe şəhərində polis etirazçıları saxlamaqdan imtina edib – VİDEO
Qazaxıstanın Aktobe şəhərində polis əməkdaşları etirazçıları saxlamaqdan imtina edib.
SalamNews xəbər verir ki, Orda.kz informasiya portalı məlumat yayıb.
Aktobe polisi xalqın yanında olduqlarını, xalqa əl qaldırmayacaqlarını bildirib”, – məqalədə deyilir.
Qəzetin yazdığına görə, Aktobedəki Akimatda 1000 etirazçı var və onlar vilayət hakiminin onların yanına gəlməsini tələb edirlər.
Etirazların fonunda Almatı və Manqistau şəhərində fövqəladə vəziyyət elan edilib.
SalamNews.org