141 günlük aclıq aksiyasından sonra fələstinli məhbusun qələbəsi: Əbu Həvaş azadlığa buraxılır
Fələstin mediası sionist rejimin fələstinli əsir Əbu Həvaşın azad edilməsinə razılıq verdiyini yazıb.
Palestine Today-in məlumatına görə, fələstinli məhbus Hişam Əbu Həvaş 141 günlük aclıq aksiyasından sonra sionist rejimi onu həbsdən azad etməyə məcbur edə bilib. Bəzi mənbələr Əbu Həvaşın azadlığa buraxılması müqabilində Misirin aclıq aksiyasını dayandırmaq təklifi ilə razılaşdığını və onun gələn ayın 26-da azad ediləcəyini bildirib.
Fələstinli qruplar bu gün sionist rejimini fələstinli əsir Hişam Əbu Həvaşa hər hansı zərərin verilməsinin nəticələri barədə xəbərdarlıq ediblər. Müqavimət qrupları həmçinin vurğulayıb ki, fələstinli məhbus Hişam Əbu Həvaşın həyatına hər hansı zərər vurulsa, vəziyyət dəyişəcək.
HƏMAS hərəkatı da çərşənbə axşamı sionist rejimə “Əbu Həvaş”ın həyatına zərər vurmaq barədə xəbərdarlıq edib.
HƏMAS-ın məhbuslar, yaralılar və şəhidlər idarəsinin rəhbəri Zahir Cabbarin bildirib ki, Hişam Əbu Həvaşın şəhid olması halında İsrail bunun əvəzini ödəyəcək.
O əlavə etdi: “Əgər Əbu Həvaşa zərər yetirsələr, döyüş həbsxanalardan kənara daşınacaq.”
Əbu Həvaş sionist rejimin inzibati həbsinə etiraz olaraq 141 gündür aclıq aksiyası keçirən 60-a yaxın inzibati məhbusdan biridir.