Corc Floydun 4 yaşlı bacısı qızına atəş açılıb

Corc Floydun 4 yaşlı bacısı qızına atəş açılıb

Ağdərili polis məmurunun dizinin altında ölən afroamerikalı Corc Floydun dörd yaşlı bacısı qızı Ariana Delan evinə açılan atəş nəticəsində ağır yaralanıb. Hyuston şəhər polisinin məlumatına görə ABŞ-ın Texas ştatında ağdərili polisin dizinin altında ölən Amerika vətəndaşı, afroamerikalı Corc Floydun dörd yaşlı bacısı qızı Ariana Delan şənbə günü evində yatarkən güllələnib.

Texas polisinin məlumatına görə, ciddi güllə yarası alıb və təcili əməliyyatdan sonra vəziyyəti stabildir. Yerli bir şəbəkə güllənin onun ağ və qara ciyərini deşərək üç qabırğasını sındırdığını bildirib. New York Post qəzetinin məlumatına görə, Ariana Hyustonda gecə saat 3 radələrində mənzillərinə atəş açılan zaman evdə olan dörd böyük və iki uşaqdan biri olub.

Polisin verdiyi açıqlamada cinayətkarların bir və ya bir neçə nəfərdən ibarət olduğunu bilmədiklərini, hazırda heç bir şübhəlinin olmadığını və mümkün motivin bilinmədiyini bildirib. Ariana mərhum əmisi ilə bağlı ədalətin bərpası üçün tez-tez ailəsi ilə birlikdə nümayişlərə və mitinqlərə qatılırdı.

46 yaşlı Floyd ötən il mayın 25-də ağdərili amerikalı polisin dizləri boğazında ikən “nəfəs ala bilmirəm” deyə qışqıraraq dünyasını dəyişib. Floydun öldürülməsi ilə bağlı videonun yayılması ABŞ-da irqçilik və polis zorakılığına qarşı etiraz dalğasına səbəb olub və dünyanın digər bölgələrinə yayılıb.

ABŞ polisi tərəfindən daha bir neçə qaradərili vətəndaşın öldürülməsi də etirazların alovlanmasında mühüm rol oynayıb. Minneapolisin keçmiş polis zabiti Derek Şovin Floydu öldürdüyünə görə 20 ildən artıq həbs cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =