“Qarabağ” yeni ildə ilk məşqinə itkilərlə çıxdı

“Qarabağ” yeni ildə ilk məşqinə itkilərlə çıxdı

“Qarabağ” mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O deyib ki, 2022-ci ilin ilk məşqində komandanın bir neçə aparıcı futbolçusu iştirak etməyib.

Qapıçılar Şahruddin Məhəmmədəliyevlə Emil Balayev zədəli, legionerlər Kadi Borges, Abdullah Zubir və Filip Ozobiç icazəli olduqları üçün hazırlıq prosesinə qatılmayıblar. Əcnəbi oyunçular Bakıya bu gecə çatacaqlar.

Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunları üçün Kabo-Verde yığmasının düşərgəsində olan Patrik Andradenin toplanışa qoşulması isə milli komandanın nəticələrindən asılı olacaq.

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə isə Bakıya sabah gələcək.

Qeyd edək ki, “Qarabağ” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. “Köhlən atlar” 2 həftəlik hazırlıq dövründə 5 yoxlama matçı keçirəcək.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − one =