ÜST Yenə XƏBƏRDARLIQ ETDİ: Hələ aydın deyil…

ÜST Yenə XƏBƏRDARLIQ ETDİ: Hələ aydın deyil…

Publika.az xəbər verir ki, bu barədə xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə eksperti Katerin Smollvud edib. AFP agentliyinə verdiyi müsahibədə ekspert bildirib ki, hazırkı dövr olduqca təhlükəli bir mərhələdir, çünki Qərbi Avropada infeksiyaya yoluxma hallarının sürətlə artımı müşahidə olunur və onun hansı təsirləri olacağı hələ aydın deyil.

Ekspertin sözlərinə görə, “delta” ştamı ilə müqayisədə “omikron”a yoluxmalar nisbətən az riskli hesab olunur. Lakin bu ştama yoluxmalar tempi və sayın çoxluğu daha böyük bir bəlaya yol aça bilər.

Qeyd edilib ki, pandemiya başlayandan bəri Avropada virusa yoluxanların ümumi sayı 100 milyon nəfəri keçib, onlardan 5 milyonu isə 2021-ci ilin son həftəsində qeydə alınıb. K.Smollvudun sözlərinə görə, Böyük Britaniyada müşahidə olunan tibbi heyət çatışmazlığı digər ölkələrdə də baş verə bilər. “Omikron“ ştamının sürətlə yayılması bir tərəfdən səhiyyə sisteminin yüklənməsinə səbəb olur, digər tərəfdən isə yeni virus variantlarının yaranmasına yol aça bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =