Şimali Koreya hipersəs raketin uğurla sınaqdan keçirdiyini bildirib
Şimali Koreya hipersəs raketin yanvarın 5-də uğurlu sınaqdan keçirdiyini bildirib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, mərmi 700 kilometr məsafəni qət edib və hədəfi dəqiqliklə vurub. KXDR lideri Kim Çen In sınaqlarda iştirak etməyib.
Yanvarın 5-də Cənubi Koreya Silahlı Qüvvələri KXDR-in Yapon dənizinə doğru naməlum mərmi atdığını bildirib. Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, KXDR təxminən 500 kilometr məsafədə uçmuş ballistik raket buraxıb.
Trend.az