İordan çayının qərb sahilində iki gənc fələstinli şəhid edilib

İordan çayının qərb sahilində iki gənc fələstinli şəhid edilib

Sionist hərbiçilər İordan çayının şimal-qərbində bir gənc fələstinlini güllələyiblər, bir saat sonra isə başqa bir gənc fələstinli sionist qəsəbə sakini tərəfindən maşınla vurularaq öldürülüb.

Bu səhər (cümə axşamı) 21 yaşlı Bəkir Həşşaş Nablusun cənubunda (İordan çayının qərb sahilinin şimalında) sionistlərin Bəltə düşərgəsinə hücumu zamanı sionist əsgərlər tərəfindən güllələnib.

Əl-Qüds qəzetinin məlumatına görə, sionistlərin düşərgəyə hücumundan sonra ağır toqquşmalar baş verib və sionist hərbiçilər güllə və qaz bombalarından istifadə edib ki, bu zaman güllə gənc fələstinlinin başına dəyib.

O, Rafidya xəstəxanasına aparılsa da bir neçə dəqiqə sonra aldığı şiddətli yaradan şəhid olub.

Digər tərəfdən, Şahab xəbər agentliyi bildirir ki, İordan çayının qərb sahilində yerləşən Səfa kənd sakini 25 yaşlı Mustafa Yassin Fətnə adlı digər fələstinli gənc işə gedərkən onu avtomobillə təqib edən sionist tərəfindən vurularaq öldürülüb.

Bir neçə gün əvvəl sionist hərbiçilər İordan çayının qərb sahilində əməliyyat keçirmək bəhanəsi ilə bir Fələstin vətəndaşını güllələyərək şəhid ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + nine =