Karter: Amerika uçurumun eşiyindədir

Karter: Amerika uçurumun eşiyindədir

 Sabiq Prezident Karter keçmiş Prezident Donald Trampın tərəfdarlarının Konqres binasına hücumunun ildönümünə həsr olunmuş məqaləsində yazıb: “Amerika dağılmaq ərəfəsindədir və amerikalılar fikir ayrılıqlarını bir kənara qoyub çox gec olmadan bir-biri ilə həmkarlıq etməlidirlər.

Cümə günü ABŞ-ın keçmiş Prezidenti Donald Tramp tərəfdarlarının Konqres binasına soxulmasının birinci ildönümü münasibətilə Cimmi Karter həmvətənlərini siyasi fikir ayrılıqları fonunda deyib: Çox gec olmadan bir araya gəlib fikir ayrılıqlarını bir kənara qoymaq lazımdır.

“Bizim böyük millətimiz indi genişlənən uçurumun kənarın sürüklənir.” – deyə Karter New York Times qəzetindəki son məqaləsində yazmışdı. Əgər təcili tədbirlər görülməsə, biz daxili qarşıdurma və dəyərli demokratiyamızı itirmək riski ilə üzləşəcəyik. Amerikalılar çox gec olmadan fikir ayrılıqlarını bir kənara qoyub birlikdə həmkarlıq etməlidir.”

O, yanvarın 6-da konqres binasına hücumla bağlı da özünü və keçmiş ABŞ prezidentlərini nəzərdə tutaraq yazıb: “ABŞ-ın keçmiş dörd prezidentinin hamısı bu addımı pisləyib və 2020-ci il seçkilərinin legitimliyini təsdiqləyib.”

Bəziləri ümid edirdi ki, qiyam milləti şoka salacaq və demokratiyamızı təhdid edən zəhərli qütbləşməyə gətirib çıxaracaq. Lakin bir il sonra seçki kompaniyasının yalançı təbliğatçıları bir siyasi partiyanı ələ keçirdilər və seçki sistemimizə inamsızlığı artırdılar.

Karter əlavə edib ki, Amerika demokratiyasının həyatı “siyasi liderlərimiz və namizədlərimizin demokratiya məsələlərini müdafiə və davranışlarında yüksək standartlara riayət etmələrindən asılıdır.

ABŞ-ın keçmiş prezidenti xalqı konstitusiya prinsipləri, ədalətlilik və qanuna hörmət normalarına əsaslanaraq ədalətli və əhatəli seçkiləri təmin etdilməsi və islahatların həyata keçirilməsi üçün zorakılığı və qütbləşməni, habelə təzyiqləri pisləməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − six =