“Taliban” hücuma keçdi: DÖYÜŞLƏR GEDİR…

“Taliban” hücuma keçdi: DÖYÜŞLƏR GEDİR…

Əfqanıstanın Pəncşir əyalətində hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında silahlı toqquşmalar başlayıb.

Lent.az xəbər verir ki, bu barədə cümə günü yerli “Aamaj News” agentliyi bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Həmid Xorasaninin komandanlığı altında radikal qruplar Ünəba bölgəsində müqavimət qüvvələrinə hücum edib.

Tərəflərin itkiləri ilə bağlı hələlik məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =