Omicron necə yaranıb? – Çin mütəxəssislərindən İDDİA

Omicron necə yaranıb? – Çin mütəxəssislərindən İDDİA

Çin Elmlər Akademiyasının alimləri bildiriblər ki, Omicron ştamının siçanlardan əmələ gəldiyini iddia ediblər.

Lent.az bu barədə “Journal of Genetics and Genomics” nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, gəmiricilər koronavirusa ilkin olaraq insanlardan yoluxublar. Daha sonra virus heyvanlarda mutasiya etməyə başlayıb və bu, COVID-19-un yeni variantının ortaya çıxmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, mikrobioloq Vitali Zverev Omicron ştamının koronavirusa qarşı immun çatışmazlığı olan insan orqanizminə daxil olmasından sonra yarana biləcəyini ehtimal etmişdi. O, koronavirus infeksiyasının siçandan insana keçməsi nəticəsində “omikron”un əmələ gəlməsi haqda fikirləri qəbul etmədiyini vurğulayıb.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fifteen =